Daşkəsəndə yanacaqdoldurma məntəqəsində partlayışın qarşısı alınıb
31.10.2023 [10:08]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.