Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib
01.11.2023 [19:56]
Xəbərin mətni
Paytaxtın Nərimanov rayonunun Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerindədilər.