DÜNYA


İstanbulda beynəlxalq cinayətkar qruplaşma zərərsizləşdirilib

Türkiyə polisinin İstanbulda keçirdiyi əməliyyat nəticəsində beynəlxalq mütəşəkkil cinayət qruplaşması “Comanchero”nun Türkiyə qolu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazirin sözlərinə görə, “Qəfəs” adı verilən əməliyyat zamanı cinayətkar təşkilatın üzvü olmaqda şübhəli bilinən 37 nəfər yaxalanıb. Saxlanılanlar arasında beynəlxalq axtarışda olan, təşkilatın Türkiyə üzrə məsul üzvü Hakan Ayık da var.