Azərbaycanın XİN başçısı alman həmkarını torpaqlarımızın işğalının ağır nəticələri barədə məlumatlandırıb
04.11.2023 [22:06]
Xəbərin mətni
Azərbaycan ilə Almaniya arasında bir çox istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, tranzit bağlantıları, alternativ enerji və bir sıra digər sahələrdə əməkdaşlığın çox böyük potensialı mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.