Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

2024-cü il üçün qrant müsabiqələri üzrə layihələrin qəbuluna başlanacaq

07.11.2023 [18:34]

Xəbərin mətni

Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan forumda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq Günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb, vətəndaş cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan danışıb.