Fədakarlığı ilə məşhurlaşan arxa cəbhə qəhrəmanı - Hikmət baba
08.11.2023 [10:14]
Xəbərin mətni
Vətən müharibəsi günlərində Silahlı Qüvvələrə, daha sonra Yaşat Fonduna təqaüdündən ianələr köçürən və bu xeyirxah əməllərini bu gün də davam etdirən Hikmət baba 70 yaşını baş tacımız Şuşada qeyd edib. Xeyirxahlığından qalmayan bu ahıl insanın indi bir arzusu var. Xankəndidə dalğalanan bayrağımızı öpmək və Türkiyəyə gedib zəlzələdən zərər görən şəhərlərdən birində ən azı bir həftə qardaşlıq köməyini göstərmək.