Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İtaliyadakı Etna vulkanı yenidən aktivləşib

13.11.2023 [10:57]

Xəbərin mətni

Siciliya adasında hündürlüyü təxminən 3330 metr olan Etna vulkanı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürdüyü külün təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib.