CƏMİYYƏT


Oğuzun Filfilli kəndini gözləyən sel təhlükəsi aradan qaldırılacaq

Bu ilin yaz daşqınları zamanı Qala çayda suyun səviyyəsinin artması Oğuzun Filfilli kəndinə ciddi təhlükə yaradıb.
AZƏRTAC xəbər verir ki, bu dağ kəndi mənbəyini Böyük Qafqazdan götürən və dağıdıcı gücə malik Qala çayın sağ sahilində yerləşir. Qala çayı yaz-yay aylarında güclü sel daşqınları ilə tanınır. Bu ilin yaz-yay aylarında dağlara yağan leysan yağışları çayda daşqınlara səbəb olub. Nəticədə kəndi selbasma təhlükəsi yaranıb. Digər tərəfdən sel daşqınları özü ilə gətirdiyi daş, qum, lilli su kəndə gələn körpünün altında qabarmalar, yüksəlmələr yaradıb. Hazırda körpünün elə yerləri var ki, məsafə üç metrə kimi yaxınlaşır. Bu isə növbəti daşqınlarda ciddi fəsadlara yol aça bilər.