Şabranda tövlədə yanğın baş verib
13.11.2023 [16:41]
Xəbərin mətni
Şabran rayonunun Rəhimli kəndində Ağamalıyev Fərrux Fərhad oğluna məxsus tövlədə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı 15 baş iribuynuzlu heyvan, 100-ə yaxın toyuq və tövlənin damına yığılmış 1500 ədəd ot bağlaması yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.