Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosunda əlil arabaları daha iki yeni tip qurğu ilə daşınacaq

29.11.2023 [16:34]

Xəbərin mətni

Bakı metropolitenində “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, TEMI qurğusu əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub. Sankt-Peterburq metrosunda istismar olunan bu qurğu modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib.