Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçındakı mebel fabrikində 50-dən çox işçi çalışır

04.12.2023 [12:53]

Xəbərin mətni

İşğaldan azad olunan ərazilərə köçürülən əhalinin sosial rifahı və məşğulluğu xüsusi diqqətdə saxlanılır. Laçın şəhərində də bu istiqamətdə lazımi tədbirlər görülür. Ötən günlərdə Laçında ilk dəfə əmək yarmarkası keçirilmiş, burada məskunlaşan laçınlılara müxtəlif sektorlardan olan və şəhərdə fəaliyyət göstərən 16 müəssisə üzrə 200-ə yaxın vakansiya təklif edilmişdir.
Bununla yanaşı, Laçında fəaliyyət göstərən müəssisələrdə də xeyli yerli sakin işləyir. Belə müəssisələrdən biri də şəhərdən 8 kilometr məsafədə, Zerti kəndində yerləşən aqro və sənaye parkıdır. Burada qısa müddətdə bir sıra müəssisələr, o cümlədən mebel fabriki fəaliyyətə başlayıb.