Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda FIA həftəsi başladı

04.12.2023 [17:50]

Xəbərin mətni

Dekabrın 4-dən Azərbaycanda FIA həftəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 8-dək paytaxt Bakıda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.
Bu, avtomobil idmanı sahəsində ilin ən gözlənilən tədbirlərindən biri hesab edilir. Bakı artıq beynəlxalq tədbirin qonaqlarını qəbul etməkdədir. FIA-nın paytaxtımızdakı tədbirlərinə 128 ölkədən nümayəndələr və avtomobil klublarının təmsilçiləri gələcəklər.