CƏMİYYƏT
ADAU-nun rektoru: Torpaqların antropogen yüklənməsi kritik həddə yaxınlaşır
05.12.2023 [16:20]
Xəbərin mətni
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Ümumdünya Torpaq Günü: Dayanıqlı kənd təsərrüfatında torpaq amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, konfrans hər il qeyd olunan 5 Dekabr - Ümumdünya Torpaq Günündə torpağın əhəmiyyətinə diqqət ayırmaq və torpaq ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir. Müasir dövrdə torpaq resursları misli görünməmiş antropogen təsirlərlə üzləşir. Torpaqların antropogen yüklənməsi kritik həddə yaxınlaşır.