Masallıda intensiv sitrus bağı salınır
15.12.2023 [19:40]
Xəbərin mətni
Əsasən tərəvəzçilik rayonu olan Masallıda intensiv sitrus bağları salınır.
AZƏRTAC xəbər verir ki, rayonun Şərəfə kənd sakini fermer Rafət Abbasov bu il 6 hektar sahədə sitrus bağı salmağa qərar verib. Bağın salınması əkin qaydalarına və bütün aqrotexniki qaydalara tam riayət olunmaqla aparılır.