RƏSMİ


Xocavənd rayonunun Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.
Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.