Azərbaycan Dövlət İnformasiya Agentliyi

AzQAC üzvləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

21.12.2023 [15:59]

Xəbərin mətni

Son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edib. Xüsusilə də Prezident İlham Əliyevin siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov qurumun bu gün keçirilən XXVI Baş Məclisində çıxışı zamanı bildirib.