RƏSMİ


Prezident İlham Əliyev Şuşa rayonundakı “Saxsı” bulağında olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Saxsı” bulağında olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.
Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şuşalıların və şəhərin qonaqlarının diqqət mərkəzində olub. İnsanlar bu əraziyə istirahət etmək üçün üz tutublar. Əvvəllər qayadan süzülən su sonradan metal boruya salınıb və daim axır. Bulaq hazırda mövcuddur. Şuşa şəhəri işğal olunanadək bulağın üstündə restoran inşa edilib.