Azərbaycan Dövlət İnformasiya Agentliyi

CBC telekanalı İrəvanın tarixi keçmişinin məhv edilməsi ilə bağlı daha bir film çəkib

22.12.2023 [21:32]

Xəbərin mətni

CBC telekanalının çəkiliş qrupu yenidən Ermənistanda olub, burada tarixi abidələrin, İrəvanda azərbaycanlıların keçmişdə məskunlaşmasını sübut edən digər yerlərin taleyi ilə bağlı jurnalist araşdırması aparıb.
Telekanaldan AZƏRTAC-a bildirilib ki, çəkiliş zamanı Ermənistan hakimiyyətinin İrəvandakı azərbaycanlıların mədəni irsini məhv etmək cəhdləri üzə çıxıb.