Şöhrəti dünyanı gəzən Gəncə səbəti – qiyməti 300 manatla 2 min manat arasında dəyişir
01.01.2024 [16:26]
Xəbərin mətni
Qərb bölgəsində xüsusilə bayram ərəfəsi və bayramdan sonra insanlar uzaqda yaşayan qohum-əqrəbalarına, yaxud da xüsusi hədiyyə göndərmək istədikləri şəxslərə “Gəncə səbəti” hədiyyə etməyə üstünlük verirlər. Bu sovqat səbətində ağartı məhsullarından tutmuş, ət, ləpə və meyvələrə qədər cürbəcür məhsul olur. “Gəncə səbəti”nin sorağı dünyanın müxtəlif ölkələrinə də gedib çıxıb. Satıcılar bu gün ölkədaxili sifarişlərlə yanaşı, dünya ölkələrinə də sovqat səbəti sifarişi hazırlayırlar.