CƏMİYYƏT


Xətai rayonunda baş vermiş yanğın zamanı binada qalan vətəndaşların təxliyəsi

Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində, ilkin məlumata əsasən, doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Əməliyyat zamanı təhlükəli vəziyyətdə qalmış bina sakinləri xüsusi təyinatlı texnikalarla təxliyə olunub.