DÜNYA


Türkiyədə avtobus qəzası – ölənlər və yaralananlar var

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi var verib.
AZƏRTAC xəbər verir ki, Ərzurum-Qars magistral yolunun Karakurt bölgəsində iki avtobusun və bir yük maşınının toqquşması nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Hadisə ilə bağlı bölgəyə çoxlu sayda təcili tibbi yardım briqadaları, jandarma və axtarış-xilasetmə qrupları cəlb edilib.