CƏMİYYƏT


Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 9-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 177 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 21 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.