Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkokuryerlik edən taksi sürücüsü tutuldu

10.01.2024 [13:56]

Xəbərin mətni

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elçin Cəfərov saxlanılıb. Onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.