CƏMİYYƏT


Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən il 6 milyard 81 milyon manata çatıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 2023-cü ildə 16 faiz və ya 829 milyon manat çox olmaqla 6 milyard 81 milyon manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.