Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

12.01.2024 [10:27]

Xəbərin mətni

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün “Tofaş” markalı, 90-NY-387 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Qasımov Mahir Tahir oğlu saxlanılıb.