CƏMİYYƏT


Prezident seçkilərində medianın roluna və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərini əhatə edən silsilə maarifləndirmə tədbirləri davam etdirilir.
Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də “Prezident seçkilərində medianın rolu və vəzifələri” mövzusunda praktiki seminar keçirilib.