Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalı kəndinə qar yağıb

14.01.2024 [00:53]

Xəbərin mətni

Ölkə ərazisində davam edən qarlı hava şəraiti Zəngilanda da hər yeri ağ örpəyə bürüyüb. Rayonun Ağalı kəndində isə qarın yaratdığı mənzərə daha çox göz oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 18 radələrində Zəngilan rayonuna qar yağmağa başlayıb. Əvvəlcə narın qar müşahidə edilsə də qısa müddətdə yağıntı güclənib. Qarın yağması Ağalı kəndində xüsusilə diqqət çəkib. Uzun illərdir yurd həsrəti ilə yaşayan Ağalı sakinləri indi qışın qar sevincini də öz kəndlərində yaşayırlar. Gecələri çil-çıraqlı olan kənd həm də ağ örpəyi ilə daha da gözəlləşib.