Lənkəranda qarın hündürlüyü 50 santimetrə çatır
14.01.2024 [14:42]
Xəbərin mətni
Yanvarın 13-dən Lənkərana aramsız yağan qarın qalınlığı hazırda 50 santimetrə çatır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar səbəbindən rayonun mərkəzində bir sıra rabitə və elektrik dirəkləri aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolların qardan təmizlənməsi işlərinə ağır texnikalar cəlb olunub.