CƏMİYYƏT


Şəkidə prezident seçkilərində polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir prezident seçkilərində polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar yanvarın 14-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə səsləndirilib.