CƏMİYYƏT


Cənub rayonlarında polis gücləndirilmiş iş rejimində çalışır

Hava şəraiti ilə əlaqədar Lənkəran, Lerik, Yardımlı və Cəlilabadda da polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları xidmətə cəlb olunublar. Köməyə ehtiyacı olan sürücü və piyadalara polislər tərəfindən köməklik edilərək onların təhlükəsiz mənzil başına çatmaları təmin edilir.