Hacıqabul-Horadiz yolunda avtomobil yandı: Ölən var
15.01.2024 [23:09]
Xəbərin mətni
Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobil hərəkətdə olarkən aşıb və avtomobil yanıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib.