Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Binəqədidə sexdə dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb

16.01.2024 [15:08]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonunun A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.