DÜNYA


Çin kosmik stansiyası daha bir yük gəmisini orbitə göndərib

Çin özünün “Tienqon” (Tiangong) kosmik stansiyası üçün növbəti yük gəmisi olan “Tiencou-7”ni (Tianzhou-7) orbitə göndərib.
AZƏRTAC xəbər verir ki, kosmik gəmini orbitə “Böyük yürüş-7Y8” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla yanvarın 17-də saat 22:27-də baş tutub. Yük gəmisi stansiyadakı astronavtlar üçün həyati əhəmiyyətli yükləri, habelə stansiyada quraşdırma işləri üçün lazım olan avadanlığı orbitə aparıb. Buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi daşıyıcı raketdən ayrılıb və təyin olunan orbitə daxil olub. Növbəti mərhələdə gəmi kosmik stansiya ilə birləşəcək.