CƏMİYYƏT


Bu ərazilərdə yalnız 5 mərtəbəli binalar olacaq

Bakının bir sıra ərazilərində mərtəbə sayı 5-dən artıq binaların tikintisinə icazə verilməyəcək. Bu qayda Bakı şəhərinin yeni təsdiq olunmuş Baş Planında öz əksini tapıb. Maraqlıdır, mərtəbə məhdudiyyəti paytaxtımızın hansı ərazilərində tətbiq olunacaq?  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirdi ki, Bakı şəhərinin baş planı hazırlanarkən dayanıqlı inkişaf prinsipləri əsas götürülüb. Sözügedən qayda da həmin prinsipin tərkib hissəsidir və bu ərazilər xüsusi mühafizə olunan zona adlandırılacaq.