CƏMİYYƏT
Binəqədi rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb
19.01.2024 [10:39]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Bakı şəhəri, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mövcud qeyri-yaşayış sahəsinin ön hisəssində və Biləcəri qəsəbəsi ərazisində avtoservisin həyətində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.