Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

23.01.2024 [10:24]

Xəbərin mətni

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunun Aksu prefekturasının Uşi rayonunda, ölkənin Qazaxıstan və Qırğızıstanla sərhədinə yaxın ərazidə baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.
AZƏRTAC muxtar rayonun hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, zəlzələnin episentri 20 kilometr radiusundakı 5 kənddə yeraltı təkanlar nəticəsində bir neçə fərdi evə və tikiliyə ziyan dəyib. Hadisə yerinə gələn xilasedicilər və polislər əlacsız qalan sakinləri təxliyə ediblər. Uşi rayonuna min çadır, 5 min çarpayı, isti geyimlər və digər lazımi ləvazimatlar göndərilib.