CƏMİYYƏT


Oğuzdan Bakıya narkotik vasitə və odlu silah-sursat gətirmək istəyən şəxs tutuldu

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Cavid Babayev saxlanılıb. Üzərindəki bağlamaya baxış keçirilərkən 1 kiloqram 525 qram qurudulmuş marixuana, 175 qram tiryək, metamfetamin, “AK-74” markalı avtomat, 28 ədəd patron və 2 daraq aşkarlanıb.