DÜNYA


Ukraynaya raket hücumu nəticəsində azı 5 nəfər ölüb

Rusiya ordusunun Ukrayna ərazisinə raket hücumu nəticəsində azı 5 nəfər ölüb, 40 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Kiyevə raket hücumu nəticəsində paytaxtın Svyatoşin, Solomenski və Peçerski rayonlarında bir neçə yanğın baş verib. Bir nəfər həlak olub, iki çoxmərtəbəli binaya, fərdi evə və avtomobillərə ziyan dəyib.
Kiyev vilayətinin Buçanski rayonunda xilasedicilər işləyir. Orada da dağıntılar olub, üç nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində isə bir nəfər ölüb, bir nəfər xəsarət alıb.