DÜNYA


Çindəki torpaq sürüməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Çinin cənub-qərbindəki Yunnan vilayətində dağlıq bölgədə torpaq sürüşməsi nəticəsində dağıntı və axın altında qalanlardan 11-nin meyiti tapılıb.
AZƏRTAC təbii fəlakətlə əlaqədar yaradılmış qərargaha istinadla xəbər verir ki, hazırda axtarış işləri davam edir. Axtarış işlərinə mindən çox xilasedici, habelə müxtəlif qurumların əməkdaşları, 100-dən artıq ağır texnika, xüsusi təlim keçmiş 45 it cəlb olunub.