Böyük Britaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
26.01.2024 [14:26]
Xəbərin mətni
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Kemeronun Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub. Görüşdə aktual regional və beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə edilib.