CƏMİYYƏT


Gəncədə iki avtomobil toqquşub, piyada ölüb

Gəncə şəhərində ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində qeydə alınıb. “Ford” markalı yük avtomobili ilə “Lexus” markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri idarəetmədən çıxaraq səki ilə gedən piyadanın həyatına son qoyub.