CƏMİYYƏT


Sağlam toxum məhsuldarlığın əsası deməkdir - toxumçuluq müəssisəsindən REPORTAJ

Balakəndəki toxumçuluq müəssisəsi ildə 2 min ton qarğıdalı, 8 min ton elit arpa və buğda istehsalı həyata keçirir. Bu, bölgədə ilk belə müəssisədir.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə iqtisadiyyatın, o cümlədən onun qeyri-neft sahəsinin inkişaf etdirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bir sıra proqram və layihələr həyata keçirilir. Xüsusən aqrar sektorun inkişafı istiqamətində fermer və sahibkarlara güzəştli kreditlər, lizinq yolu ilə maşın və texnikalar verilir. Dövlət dəstəyindən, əlbəttə ki, özəl sahibkarlıq subyektləri də yetərincə faydalanır. Belə müəssisələrdən biri də Balakəndə fəaliyyət göstərən toxumçuluq müəssisəsidir.