Çilidə meşə yanğınları nəticəsində azı 10 nəfər ölüb
03.02.2024 [11:25]
Xəbərin mətni
Çili Prezidenti Qabriel Boric ən azı 10 nəfərin ölümü ilə nəticələnən meşə yanğınları səbəbindən Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb: “Meşə yanğınları ilə bağlı vəziyyət, xüsusən də 5-ci regionda yüksək temperatur və külək səbəbindən çox çətindir. Lakin bilin ki, hökumət, yanğınsöndürənlər, Milli Meşə Təsərrüfatı Korporasiyası, polis və vətəndaş cəmiyyəti fövqəladə vəziyyətin öhdəsindən gəlmək üçün maksimum səfərbər olunub. Həmçinin fövqəladə vəziyyət elan etmək qərarına gəldik ki, bütün lazımi resurslarımız olsun”.