Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin bir gündə iki daşıyıcı raketlə orbitə 20 peyk çıxarıb

03.02.2024 [13:35]

Xəbərin mətni

Çin fevralın 3-də fərqli yerlərdən iki daşıyıcı raketlə orbitə 20 peyk göndərib.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 7:37-də Siçuan vilayətindəki Siçanq buraxılış məntəqəsindən “Böyük yürüş-2C” (Long March-2C) daşıyıcı raketinin buraxılışı həyata keçirilib. Raket 11 “Geely-02” peykini orbitə çıxarıb. Bu, “Böyük yürüş” seriyasından 508-ci raket buraxılışı olub.