Baş Prokurorluq: Xocavənddə baş verən partlayışla bağlı araşdırma aparılır
10.02.2024 [15:02]
Xəbərin mətni
Fevralın 10-da saat 10:00 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Fizuli oğlu sağ əlindən xəsarət alıb.
Baş Prokurorluğun mətbuat xidməti AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.