Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın və Kəlbəcərdə üç yaşayış məntəqəsinin yenidən qurulmasına başlanılır

13.02.2024 [18:26]

Xəbərin mətni

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda 1 qəsəbənin (Qorçu) və Kəlbəcər rayonunda 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.