CƏMİYYƏT


Şəmkirdə dönərdən zəhərləndiyi iddia olunan azyaşlıların vəziyyəti ilə bağlı AÇIQLAMA

Dörd gün ərzində 9 azyaşlı uşaq zəhərlənmə diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onların ikisi dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının bölmə müdiri Surac Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar, vəziyyətləri kafi qiymətləndirilir.