Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevdən Ermənistanın havadarlarına mesaj: Gedin öz işinizlə məşğul olun

14.02.2024 [19:21]

Xəbərin mətni

Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.

BÖLMƏNİN DİGƏR VİDEOLARI