CƏMİYYƏT


Xaçmazda ağır yol qəzası baş verib, 3 nəfər yaralanıb

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində "TIR" və "Mercedes" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər yaralanıb. Yaralılar avtomobillərdən FHN xilasedicilərinin köməyi ilə çıxarılıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.