Münxendə Prezident İlham Əliyev ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktorunun görüşü olub
17.02.2024 [00:45]
Xəbərin mətni
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə alman iş adamlarının Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olduqları bildirildi. Xüsusilə nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə marağı olan şirkətlərin nümayəndələrinin fevral ayında Azərbaycana səfərinin həyata keçirilməsi barədə Prezident İlham Əliyevə məlumat verildi.